Macarıstanda dovşan elektrik skuter sürücüsünü yıxdı

Nərmin
1 Min Read

Budapeşt yaxınlığında dovşan elektrik skuterində olan kişini vuraraq yıxdı.

izmedia.az xəbər verir ki, Budapeştin ətrafında yerləşən Sazhalombatta şəhərində maraqlı yol hadisəsi baş verib. Yerli sakin Daniel Kovaç təxminən saatda 35 kilometr sürətlə elektrik skuterində hərəkət edərkən qəfil bir dovşan yola çıxıb. Heyvan nəqliyyat vasitəsi ilə eyni anda sıçrayış edib və zərbə birbaşa kişinin başına dəyib.

Zərərçəkən bildirib ki, toqquşmadan sonra sükanı buraxaraq asfaltın üzərinə yıxılıb.

“Belə bir şeyin ümumiyyətlə mümkün olmasına təəccübləndim”, — deyə Kovaç bildirib.

Xoşbəxtlikdən kişi dəbilqə və qoruyucu geyimdə olduğu üçün yalnız yüngül əzilmələrlə xilas olub. Hadisəyə səbəb olan dovşan isə xəsarət almadan yenidən sahəyə qaçıb.

Macarıstan Ovçular Palatasının nümayəndəsi Attila Feldvari bildirib ki, dovşanlar stress vəziyyətində 5 metrə qədər hündürlüyə tullana və saatda 70 kilometr sürət yığa bilirlər. Ekspertin sözlərinə görə, heyvan təhlükənin mənbəyini düzgün müəyyən edə bilməyib və instinktiv olaraq hərəkətdə olan obyektin üzərinə tullayıb.

Toqquşma anının görüntüləri Macarıstan televiziyası tərəfindən yayımlanıb

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş