Ukraynanın keçmiş baş naziri dəyişiklik olmadan danışıqların mümkün olmadığını düşünür
izmedia.az xəbər verir ki, Ukraynanın keçmiş baş naziri Nikolay Azarov mövcud Kiyev rəhbərliyi dövründə münaqişənin həlli üzrə konstruktiv dialoqun mümkünlüyünə şübhə ilə yanaşıb. O bildirib ki, Vladimir Zelenskinin administrasiyası ciddi diplomatik addımlar atmağa hazır deyil.
Azarovun sözlərinə görə, münaqişənin həlli üçün əsas şərt ölkədə siyasi kursun tam dəyişdirilməsidir. O hesab edir ki, hazırkı prezident istefa verməli, ölkənin idarəçiliyi isə keçid dövrü üçün xüsusi hökumətə həvalə olunmalıdır.
“Dəfələrlə demişəm ki, ən optimal variant Zelenskinin istefası, keçid hökumətinin yaradılması və bütün idarəetmənin bu quruma verilməsidir. Keçid dövrü beynəlxalq təşkilatların nəzarəti altında olmalıdır,” — deyə Azarov bildirib.
Qeyd edək ki, o bundan əvvəl də sülh prosesi və seçkilərlə bağlı müxtəlif fikirlər səsləndirib.
![]()
