NYT: İraqda gizli İsrail hərbi bazalarının yaradıldığı iddia olunur

1 Min Read

“The New York Times” qəzetinin İraq və regiondakı rəsmi mənbələrə istinadən yaydığı məlumata görə, İraq bir ildən artıq müddətdir ki, gizli şəkildə öz ərazisində iki İsrail hərbi bazasının yaradılmasına icazə verib.

Qəzetin məlumatına əsasən, İsrail ordusu bazalardan birinin yaradılması üçün hazırlıq işlərinə 2024-cü ilin sonlarında başlayıb. Nəşr eyni zamanda qeyd edir ki, ABŞ İraq ərazisində üçüncü ölkə hərbi qüvvələrinin mövcudluğunu gizlətmiş ola bilər.

Məqalədə vurğulanır ki, belə məlumatların ictimaiyyətə açıqlanması ABŞ-ın İraqdakı təsir imkanlarına mənfi təsir göstərə bilər.

“The New York Times” yazır ki, İraq hərbçiləri bazalardan birini uzaq məsafədən müşahidə ediblər. Daha sonra onlar ABŞ tərəfdən obyekt barədə əlavə məlumat almağa çalışsalar da, sorğularına cavab verilməyib.

Məlumata görə, İraq ordusunun başqa bir bölməsi bazaya yaxınlaşmağa cəhd edib, lakin atəşə məruz qaldıqdan sonra geri çəkilməyə məcbur olub.

Anonim bir rəsmi daha sonra ikinci bazanın mövcudluğunu da təsdiqləyib. Bildirilir ki, həmin obyekt İraqın qərb səhrasında yerləşir, lakin onun dəqiq yerləşdiyi ərazi açıqlanmır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş