Yaponiya Sakit Okeanda nəzarəti gücləndirmək üçün yeni PUA-ları nəzərdən keçirir

1 Min Read

“Yomiuri” qəzetinin məlumatına görə, Yaponiya hökuməti Sakit Okean bölgəsində nəzarəti gücləndirmək məqsədilə ölkənin Özünümüdafiə Qüvvələrini erkən aşkarlama və xəbərdarlıq radarları ilə təchiz edilmiş pilotsuz uçuş aparatları (PUA) ilə gücləndirməyi nəzərdən keçirir.

Bildirilir ki, radarların Yaponiyanın 2027-ci ilə qədər Dəniz Özünümüdafiə Qüvvələrinin silahlanmasına daxil etməyi planlaşdırdığı ABŞ istehsalı olan MQ-9B Sea Guardian pilotsuz uçuş aparatlarına quraşdırılması nəzərdə tutulur.

Məlumata görə, bu dronlar uzun müddət havada qala bilir və onların uçuş məsafəsi təxminən 4900 kilometrdir. PUA-ların İvodzima və Minamitori adalarında yerləşdirilməsi planlaşdırılır.

Bundan əlavə, mobil radar komplekslərinin də Oqasavara arxipelaqında yerləşən İvodzima və Çiçidzima adalarında yerləşdirilməsi nəzərdə tutulur.

Qəzet vurğulayır ki, Sakit Okean bölgəsində nəzarətin gücləndirilməsi zərurəti Çinin regionda artan fəallığı ilə əlaqələndirilir. Bildirilir ki, bu müddəa yenilənmiş milli təhlükəsizlik sənədlərində öz əksini tapacaq və Yaponiya həmin sənədlərin yenilənməsini ilin sonuna qədər başa çatdırmağı planlaşdırır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş