İsrail Qərb Şəriyəsində terrorçulara ölüm hökmü ilə bağlı əmri təsdiqləyib

1 Min Read
İsrailin Mərkəzi Hərbi Dairəsinin komandanı, general-mayor Avi Blot Qərb Şəriyəsində təhlükəsizlik tədbirlərinə dair əmrdə edilən dəyişiklikləri təsdiqləyib. Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, dəyişiklik Knesset tərəfindən bu yaxınlarda qəbul edilmiş “terrorçulara qarşı ölüm hökmü” qanununun praktiki tətbiqinə imkan yaradır.

Açıqlamada bildirilir: “Terrorçular üçün ölüm cəzası qanunu tətbiq olunur… İsrail müdafiə naziri Katzın tapşırığı ilə Mərkəzi Hərbi Dairəsinin komandanı general-mayor Avi Blot qanunun müddəalarına uyğun olaraq Yəhudeya və Samariyada (İordan çayının qərb sahilinin İsrail adı) terrorçulara ölüm cəzasının tətbiqinə imkan verən əmrə düzəliş imzalayıb”.

Nazirlik vurğulayıb ki, bu qərar İsrail siyasətində açıq və birmənalı dəyişiklik hesab olunur və 7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücumuna cavab olaraq qəbul edilib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş