Rusiyanın İnsan Hüquqları üzrə Komissarı Tatyana Moskalkova TASS-a bildirib ki, Ukraynadakı siyasi repressiyalar səbəbindən Rusiyaya köçmək istəyən rusiyalılar və ukraynalılardan təxminən 600 müraciət daxil olub.
Onun sözlərinə görə, hazırda Ukrayna vətəndaşlarından Rusiyaya köçürülmə ilə bağlı təxminən 500 müraciət var: “Onlar siyasi təqiblərin qəbuledilməz olduğunu bildirirlər. Biz də hesab edirik ki, siyasi səbəblərlə insanların təqib edilməsi yolverilməzdir”.
Moskalkova əlavə edib ki, həmçinin təxminən 100 Rusiya vətəndaşı vətənə qayıtmaq üçün kömək istəyib.
O qeyd edib ki, bu məsələ ilə bağlı Ukrayna tərəfi və beynəlxalq təşkilatlarla mütəmadi əlaqə saxlanılır.
Komissar həmçinin bildirib ki, Ukraynada bəzi Rusiya vətəndaşları və Rusiyayönlü mövqe sərgiləyən şəxslər cinayət məsuliyyəti ilə üzləşir: “Onlar təcavüzü haqq qazandırmaqda, Ukrayna vətəndaşları isə separatizm ittihamları ilə məhkum edilirlər”.
İzmedia.az
![]()

