İran yeni liderin xəsarətləri barədə ilk dəfə məlumat açıqladı: üzündə nə baş verib

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, İran Səhiyyə Nazirliyi ölkənin yeni ali lideri Muctəba Xameneinin səhhəti ilə bağlı ilk rəsmi açıqlamanı yayıb. Bildirilib ki, o, ABŞ və İsrailin həyata keçirdiyi zərbələr zamanı xəsarət almasına baxmayaraq, üzündə və ümumi xarici görünüşündə ciddi dəyişiklik olmayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur qeyd edib ki, Muctəba Xameneinin aldığı xəsarətlər onun üz cizgilərinin və ümumi görünüşünün deformasiyasına səbəb olmayıb.

Rəsmi açıqlamada həmçinin bildirilib ki, xəsarətlər nəticəsində bədənin hər hansı hissəsinin amputasiyası və ya daimi əlillik halı qeydə alınmayıb.

Daha əvvəl isə Ali lider ofisinin protokol xidməti rəhbəri Mazaher Hüseyni onun vəziyyətinin yaxşılaşdığını, lakin bel, diz zədəsi və qulağın arxasında cırıq yara aldığını açıqlamışdı.

Məlumata görə, Muctəba Xamenei atası Əli Xameneinin ölümündən sonra ali rəhbər vəzifəsinə gətirilib. O, 9 mart gecəsi bu vəzifəyə seçilib, lakin həmin vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb. Onun adından yalnız yazılı və ya şifahi mesajlar yayımlanır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş