Ağ Evin aparat rəhbəri Syuzi Uayls (Susie Wiles) xərçəng diaqnozu qoyulduqdan altı ay sonra tam müalicə olunaraq xəstəlikdən azad olduğunu bəyan edib.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp ilk dəfə mart ayında 69 yaşlı Uaylsə döş xərçənginin ilkin mərhələsi diaqnozu qoyulduğunu açıqlamışdı. Bura baxmayaraq, o, müalicə kursu keçdiyi müddətdə də vəzifəsinin icrasını davam etdirib.
“X” sosial şəbəkəsindəki hesabında şəxsi xəbərini bölüşən Ağ Ev rəsmisi Mayo Klinikasında aparılan patoloji müayinələrin nəticələrinin təmiz çıxdığını və xərçəngdən tamamilə azad olduğunu bildirib. O, göstərilən diqqətə görə ailəsinə, həkimlərinə və ona dəstək olanlara təşəkkür edib. Uayls həmçinin Prezident Donald Trampa sarsılmaz dəstəyinə görə xüsusi minnətdarlığını ifadə edərək, “Amerika Birinci” gündəliyini irəli aparmaq üçün fəaliyyətini əzmlə davam etdirəcəyini vurğulayıb.
CBS telekanalının xəbərinə görə, bu həftə tibbi prosedur və müayinələrdən keçən Syuzi Uayls dərhal Ağ Evdəki işinə qayıdaraq sıx iş qrafiki üzrə görüşlərini və zənglərini bərpa edib.
İzmedia.az
![]()

