SpaceX Luizianada 100 milyard dollarlıq kosmik poliqon tikməyi planlaşdırır

1 Min Read

İlon Maskın “SpaceX” şirkəti ABŞ-ın Luiziana ştatında “Starbase Louisiana” adlanacaq 100 milyard dollar dəyərində yeni və nəhəng raket buraxılış kompleksinin tikintisini planlaşdırır. Obyekt ştatın cənubunda, Meksika körfəzi sahilindəki Vermilion inzibati ərazisində (Pekan adası) yerləşəcək. Bu, şirkətin ABŞ-dakı 4-cü, miqyasına görə isə dünyada ən böyük buraxılış poliqonu olacaq.
Layihəyə əsasən, kosmik kompleksdə hər birində iki buraxılış platforması (ümumilikdə 10 meydança) olan 5 buraxılış kompleksi fəaliyyət göstərəcək. Tikinti işlərinə 2027-ci ildə başlanması, ilk “Starship” raketlərinin isə 2029-cu ildə buradan səmaya qaldırılması nəzərdə tutulur. Şirkət gələcəkdə bu mərkəzdən ildə minlərlə buraxılış həyata keçirməyi hədəfləyir.
Şirkət rəhbərliyi bildirib ki, kompleks həm də özünütəminedən infrastruktur kimi layihələndirilir — burada yanacaq (metan) istehsalı, elektrik enerjisi təminatı, dərin sulu gəmi limanı və hətta şəxsi hava limanının tikintisi planlaşdırılır.
Xatırladaq ki, “SpaceX” hazırda əsas “Starship” mərkəzini Texasda inkişaf etdirir. Şirkətin uzunmüddətli strategiyası tam təkrar istifadə oluna bilən raketlərlə Aya, Marsa müntəzəm uçuşlar təşkil etmək və kütləvi peyk şəbəkələrini orbitə çıxarmaqdır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş