Avropa diplomatiyasının rəhbəri Kaia Kallas bildirib ki, Avropa İttifaqı (Aİ) inkişaf etməkdə olan ölkələr Rusiya və ya İranı dəstəklədikləri halda onlara göstərilən yardımı azalda bilər.
Bu barədə Euractiv platforması məlumat yayıb.
Kallasın sözlərinə görə, “əgər tərəfdaş ölkə Rusiyanı və ya İranı dəstəkləyirsə, o zaman onlar çeviklik nümayiş etdirməlidirlər ki, biz bu halda əməkdaşlığımızı yenidən nəzərdən keçirə bilək”.
Məlumata əsasən, o, yeni yanaşmanın siyasətdə hansı formada əksini tapa biləcəyi ilə bağlı detalları açıqlamayıb.
Kallas əlavə edib ki, Avropa İttifaqı yardım siyasətinin davam etdirilməsi ilə öz maraqlarının qorunması arasında balansı saxlamalıdır.
İzmedia.az
![]()

