ABŞ-ın sanksiyaları iranlıların xaricə səfərlərini çətinləşdirir

1 Min Read
ABŞ-ın İranın mülki aviasiya sektoruna qarşı tətbiq etdiyi yeni sanksiyalar ölkə vətəndaşlarının xaricə gediş-gəliş imkanlarını kəskin şəkildə məhdudlaşdıraraq təcrid vəziyyəti yaradıb. İraq və Türkiyə coğrafi yaxınlığı, eləcə də sıx ticarət və mədəni əlaqələri səbəbindən iranlıların ən çox üz tutduğu əsas istiqamətlər hesab olunur.
Sanksiya təzyiqlərinin tərkib hissəsi olaraq Türkiyə bir neçə gün əvvəl “Mahan Air” aviaşirkətinin uçuşlarını dayandırıb. Məhdudiyyətə səbəb sözügedən daşıyıcının ABŞ-ın sanksiya siyahısında yer alması və ona logistik xidmət göstərən üç Türk şirkətinin də Vaşinqtonun qara siyahısına salınması olub.
Hazırda digər aviaşirkətlərin uçuşları davam etsə də, mülki aviasiyaya tətbiq edilən bu qadağaların nə vaxta qədər qüvvədə qalacağı qeyri-müəyyəndir. İran rəsmiləri ABŞ-ın bu addımlarını ölkənin bütün mülki aviasiya sənayesini iflic etməyə yönəlmiş cəhd və dinc əhalinin birbaşa hədəf alınması kimi qiymətləndirirlər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş