İran ABŞ və onun müttəfiqlərini yeni strateji səhvlərə yol verməməyə çağırıb və ölkəyə qarşı mümkün hücumlara qətiyyətli cavab veriləcəyini bəyan edib.
Bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, açıqlamada deyilir:
“Biz bir daha ABŞ-ı və onun müttəfiqlərini strateji səhvlərə və yanlış hesablamalara yol verməmək barədə xəbərdar edirik. Onlar İranın və onun silahlı qüvvələrinin hazır olduğunu başa düşməlidirlər. Hazırda onlar əvvəlkindən daha güclüdürlər və düşmənlərin hər hansı yeni hücumuna qətiyyətlə və bütün gücləri ilə cavab verəcəklər”.
İzmedia.az
![]()

