Rusiya: Qərb Mərkəzi Asiyada Moskvanı sıxışdırmağa çalışır

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ABŞ və Avropa İttifaqını Mərkəzi Asiyada Rusiyanın mövqeyini zəiflətməyə çalışmaqda ittiham edib.

Onun sözlərinə görə, ABŞ və Avropa ölkələri region dövlətlərini Moskva ilə əməkdaşlıqdan uzaqlaşdırmağa çalışır və nadir torpaq metalları üzrə layihələr vasitəsilə bölgədə təsir imkanlarını artırmağa cəhd göstərirlər.

Qaluzin bildirib ki, Qərb “iqtisadi diversifikasiya” və “təhlükələrdən qorunma” şüarları altında Mərkəzi Asiya ölkələri ilə Rusiyanın uzun illərə dayanan əlaqələrini zəiflətmək istəyir.

Rusiya rəsmisi əlavə edib ki, bəzi Avropa ölkələri və Böyük Britaniya regionda “Rusiya təhlükəsi” mövzusunu qabardaraq Mərkəzi Asiya dövlətlərini Qərbə yaxınlaşdırmağa çalışır.

Məlumata görə, hazırda regionda nadir torpaq elementləri uğrunda ciddi rəqabət gedir. Bu resurslar yüksək texnologiyalar, enerji və müdafiə sənayesi üçün strateji əhəmiyyət daşıyır.

Ekspertlərin qiymətləndirməsinə əsasən, Çin və Rusiya Mərkəzi Asiyanın hasilat sektorunda əsas paya sahibdir. Regiondan ixrac olunan kritik mineralların təxminən 49 faizi Çinin, 20 faizə yaxını isə Rusiyanın payına düşür. ABŞ-ın payı isə 2 faizdən bir qədər çox qiymətləndirilir.

Qaluzin vurğulayıb ki, Mərkəzi Asiya ölkələri böyük geosiyasi qarşıdurmada “alətə çevrilməkdə” maraqlı deyil və Rusiya regionla əməkdaşlığı davam etdirəcək.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş