Vaşinqtonda diplomatik qalmaqal: Britaniya səfirinin müavini vəzifədən uzaqlaşdırıldı

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Böyük Britaniya-nın Vaşinqtondakı səfirliyinin rəhbər müavini Ceyms Rosko məxfi sənədlərin sızdırılması ilə bağlı araşdırma çərçivəsində vəzifəsindən uzaqlaşdırılıb.

Məlumata görə, qərar diplomatlar arasında rezonans doğuran məxfi məlumat sızması qalmaqalından sonra qəbul edilib. Bildirilir ki, istintaq materiallarında Britaniya Nazirlər Kabinetinin İran ətrafındakı hərbi gərginliklə bağlı müzakirələrinin stenoqramı yer alıb.

“The Times” qəzetinin yaydığı məlumata əsasən, araşdırma çərçivəsində Britaniya Xarici İşlər Nazirliyinin və Vaşinqtondakı səfirliyin bir sıra yüksəkvəzifəli əməkdaşları dindirilib.

Qeyd olunur ki, Ceyms Rosko 2022-ci ilin iyulunda Britaniyanın ABŞ-dakı səfirinin müavini vəzifəsinə təyin edilmişdi.

Hazırda rəsmi London məsələ ilə bağlı geniş açıqlama verməyib və araşdırmanın davam etdiyi bildirilir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş