Kuba prezidenti ABŞ-yə mümkün hücumla bağlı sərt xəbərdarlıq edib

1 Min Read

Kuba prezidenti Migel Dias-Kanel sosial mediada bildirib ki, əgər ABŞ Kubaya hücum edərsə, bu, “qanlı qırğına” səbəb olacaq.

Onun sözlərinə görə, belə bir ssenari “nəticələrini qiymətləndirmək mümkün olmayan qanlı qırğına gətirib çıxara bilər”. Dias-Kanel hesab edir ki, bu cür hərbi əməliyyat sülhə və regional sabitliyə “dağıdıcı təsir” göstərəcək.

O, həmçinin vurğulayıb ki, Kuba heç bir ölkə üçün təhlükə yaratmır və ABŞ da daxil olmaqla heç bir dövlətə qarşı aqressiv planları yoxdur.

Bundan əvvəl Politico qəzeti öz mənbələrinə istinadən ABŞ prezident administrasiyasında Kubaya mümkün hərbi müdaxilə ssenarilərinin müzakirə edildiyini yazıb. Məlumata görə, bu müzakirələr Havanaya qarşı sərt iqtisadi sanksiyalar və yanacaq blokadası vasitəsilə güzəştlər əldə etmək cəhdlərinin nəticə verməməsindən sonra aparılıb.

Qəzetin iddiasına görə, Vaşinqtonda bir neçə ssenari nəzərdən keçirilir. Bunlara Havanadan güzəştlər almaq üçün məhdud hava zərbələri və Kuba hökumətini devirmək məqsədilə quru əməliyyatı ehtimalları da daxildir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş