İcra başçısı müalicə alan şəhid valideynlərini ziyarət etdi – FOTOLAR

Nərmin
1 Min Read

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Cəlilabad Mərkəzi Xəstəxanasında müalicə alan şəhid valideynlərini ziyarət edib.

izmedia.az xəbər verir ki, görüş zamanı rayon rəhbəri şəhid valideynlərinin səhhəti ilə maraqlanıb, onların sosial-məişət vəziyyəti, mövcud problemləri və ehtiyacları barədə ətraflı söhbət aparıb. Bildirilib ki, şəhid ailələrinə dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir.

Rafiq Cəlilov şəhid ailələrinin problemlərinin həllinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib və onların hər zaman dövlətin dəstəyini hiss etdiklərini vurğulayıb.

Görüş zamanı şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə İlham Əliyev və Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Ailə üzvləri rayon rəhbərliyinin daim onların yanında olduğunu qeyd edərək, bu cür görüşlərin onlar üçün böyük mənəvi dəstək olduğunu ifadə ediblər.

 

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş