izmedia.az xəbər verir ki, beynəlxalq alimlər qrupu dünyadakı çayların böyük hissəsində oksigen səviyyəsinin sürətlə azaldığını açıqlayıb.
Araşdırmaya görə, 1985–2023-cü illər arasında öyrənilən 21 mindən çox çay sahəsinin təxminən 78,8 faizində deoksigenasiya — yəni oksigen itkisi müşahidə olunub.
Tədqiqat Çin Elmlər Akademiyasının professoru Kun Şi rəhbərliyi ilə aparılıb. Alimlər məlumatları maşın öyrənməsi alqoritmləri vasitəsilə təhlil ediblər.
Mütəxəssislərin sözlərinə görə, ən kritik vəziyyət tropik bölgələrdə, xüsusilə Hindistan ətrafındakı çay sistemlərində qeydə alınıb. Oksigen səviyyəsinin azalması su canlılarının həyatı üçün ciddi təhlükə yaradır.
Araşdırmada qeyd olunur ki, əsas səbəb qlobal istiləşmə nəticəsində suyun temperaturunun artmasıdır. İstiləşmə səbəbindən suda oksigenin həllolma qabiliyyəti azalır.
Bundan əlavə, istilik dalğaları, ekosistem dəyişiklikləri və bəzi su anbarları da oksigen
![]()
