Tramp və Netanyahu İran məsələsində fikir ayrılığı yaşayıb

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ilə İsrail Baş naziri Binyamin Netanyahu arasında İranla bağlı mümkün sülh planı ətrafında fikir ayrılığı yaranıb.

Məlumata görə, tərəflər telefon danışığı zamanı İranla müharibənin dayandırılmasına yönəlmiş yenilənmiş sülh planını müzakirə ediblər. Bildirilir ki, plan Qətər və Pakistan vasitəçiliyi ilə hazırlanıb.

İddialara əsasən, Tramp Netanyahuya ABŞ və İran arasında müharibənin rəsmi şəkildə dayandırılması və İranın nüvə proqramı ilə Hörmüz boğazı məsələləri üzrə 30 günlük danışıqların başlanmasını nəzərdə tutan “niyyət məktubu” üzərində iş aparıldığını bildirib.

Məlumata görə, Netanyahu bu təşəbbüsə sərt reaksiya verib və İranın hərbi imkanlarının daha da zəiflədilməsi üçün müharibənin yenidən başlamasının tərəfdarı olduğunu bildirib.

Qeyd olunur ki, iki lider arasında gələcək addımlarla bağlı ciddi fikir ayrılığı yaranıb və Netanyahu danışıqdan narazı qalıb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş