Çexiyanın xarici işlər naziri Petr Maçinka səlahiyyət müddətinin sonuna qədər ölkəsinin İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi prosesini başa çatdırmaq niyyətində olduğunu açıqlayıb. O, bu barədə Praqada İsrailin xarici işlər naziri Gideon Saarla görüşdən sonra danışıb.
Bundan əlavə, Maçinka Çexiyanın İsrailə qarşı yeni Avropa İttifaqı (Aİ) sanksiyalarının tətbiqinə qarşı olduğunu və belə təşəbbüsləri lazım gələrsə təkbaşına bloklamağa hazır olduqlarını vurğulayıb.
“Avropa Birliyində İsrailə qarşı sanksiyalara təkbaşına mane olmalı olsaq belə, buna artıq imkan verməyəcəyik”, – deyə o bildirib.
Nazir həmçinin qeyd edib ki, Praqa Aİ ilə İsrail arasında assosiasiya sazişinin dayandırılması və ya yenidən nəzərdən keçirilməsi təşəbbüslərinə, o cümlədən qismən məhdudiyyətlərin tətbiqinə qarşı çıxacaq.
İzmedia.az
![]()

