Netanyahu: İran Trampa iki dəfə sui-qəsd cəhdi edib

1 Min Read

İsrailin Baş naziri Binyamin Netanyahu Newsmax-a verdiyi müsahibədə İranın ABŞ Prezidenti Donald Tramp-a qarşı iki dəfə sui-qəsd cəhdi etdiyini bildirib.

Netanyahu qeyd edib ki, müharibədən əvvəl İran Yaxın Şərqdə və dünyada əsas diktator kimi çıxış edərək müxtəlif regionlarda dövlət terrorizminin əsas sponsorlarından biri olub. Onun sözlərinə görə, İran Venesuela və digər ölkələrlə yanaşı, bir çox qitədə bu fəaliyyətlə məşğul olub.

Baş nazir həmçinin iddia edib ki, Əfqanıstanda əldəqayırma partlayıcı qurğular nəticəsində “minlərlə” insan həlak olub və ya xəsarət alıb. O, eyni zamanda İranın ABŞ səfirliklərini “bombaladığını” da qeyd edib.

Netanyahu əlavə edib ki, İranın ABŞ Prezidentinə qarşı iki dəfə sui-qəsd cəhdi olub və bu cəhdlərin davam edə biləcəyini iddia edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş