Kasım-Jomart Tokayev “The National Interest” jurnalında dərc olunan “Etibarlılıq yeni gücdür” adlı məqaləsində bildirib ki, Qazaxıstan və ABŞ qarşılıqlı hörmətə əsaslanan çoxşaxəli tərəfdaşlıq qurub.
İzmedia.az bildirir ki, onun sözlərinə görə, Amerika şirkətləri uzun illərdir Qazaxıstanın əsas investorları sırasındadır və əməkdaşlıq enerji sektoru ilə yanaşı, kritik minerallar, rəqəmsal infrastruktur, qabaqcıl istehsal, logistika və innovasiya sahələrini də əhatə edir. Tokayev qeyd edib ki, Qazaxıstan ABŞ-nin Cove Capital şirkəti ilə böyük volfram yatağının işlənməsi barədə razılığa gəlib.
Prezident əlavə edib ki, Qazaxıstanın Qəzza zolağı ilə bağlı ABŞ təşəbbüsü ilə yaradılan Sülh Şurasına qoşulmaq addımı və 2020–2021-ci illərdə ABŞ-nin vasitəçiliyi ilə bir sıra ərəb ölkələri ilə İsrail arasında imzalanmış İbrahim Sazişləri ikitərəfli tərəfdaşlığı daha da gücləndirir.
Tokayev 18–19 fevral tarixlərində Vaşinqtona səfər edərək Sülh Şurasının ilk iclasında iştirak edəcək və ABŞ şirkətlərinin nümayəndələri ilə görüşlər keçirəcək. Bundan əvvəl Qazaxıstanın suveren sərvət fondu Samruk-Kazyna Cove Capital ilə Qarağanda bölgəsində volfram emalı layihəsi üzrə sənədlərin imzalandığını açıqlamışdı.
İzmedia.az
![]()

