WSJ: ABŞ Yaxın Şərqə 2003-cü ildən bəri ən böyük hava qüvvələrini yerləşdirir

1 Min Read

ABŞ 2003-cü ildə İraqa müdaxilədən sonra ilk dəfə olaraq Yaxın Şərqə ən böyük hava qüvvələrini yerləşdirir.

İzmedia.az bildirir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Vaşinqton bölgədə hərbi mövcudluğunu gücləndirir və F-22, F-35 qırıcı təyyarələrini əraziyə göndərir. Bununla yanaşı, ikinci təyyarədaşıyan gəmi və komanda məntəqəsi təyyarələri də yola salınır. ABŞ rəsmilərinə istinadən bildirilir ki, bu qüvvə cəmləşməsi Vaşinqtona bir neçə həftə ərzində İrana qarşı hərbi əməliyyatlara başlamaq imkanı verə bilər.

Məlumata əsasən, ABŞ Prezidenti Donald Trampın İslam Respublikasına zərbə endirilməsi ilə bağlı hələlik yekun qərarı yoxdur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş