Cəlilabadda ötən gün ev yanıb – FOTOLAR

0 Min Read

Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın baş verib. 

İzmedia.az xəbər verir ki, hadisə 9 iyul tarixində rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Təvəkkül Eynullayevə məxsus təxminən 130 kvadratmetr olan ikimərtəbəli evdə qəfil yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Buna baxmayaraq evin təxminən 80 kvadratmetrlik hissəsi zərər görüb.

Faktla bağlı araşdırma aparılır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş