Orban: Avropa Trampın Ukrayna üzrə səylərinə mane olur

1 Min Read

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqı liderlərinin ABŞ-nin Ukrayna münaqişəsinin həlli istiqamətindəki səylərinə mane olmağa çalışdığını bildirib.

İzmedia.az-ın məlumatına görə, o, ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə keçirilən Sülh Şurasının ilk iclasından sonra macar jurnalistlərə açıqlamasında deyib ki, Vaşinqtonun danışıqlar prosesindən geri çəkilməsi ehtimalı onu narahat edir.

“Sadəcə qorxuram ki, amerikalılar qəfildən Rusiya-Ukrayna sülh danışıqlarını tərk edə bilərlər. Mövcud vəziyyəti heç bir mürəkkəb linqvistik fəndlərlə ört-basdır etmək olmaz. Prezident Tramp israrla nizamlanma axtararkən, avropalılar hər addımda onun yolunda dayanırlar”, – deyə V.Orban vurğulayıb.

Baş nazir M1 telekanalının yayımladığı mətbuat konfransında bildirib ki, ABŞ tərəfi sülh təşəbbüsləri ilə çıxış edir, Rusiya ilə birbaşa təmaslar aparır və danışıqlar həyata keçirir. Onun sözlərinə görə, bəzi Avropa liderləri isə müharibənin davam etdirilməsi mövqeyini dəstəkləyir və Rusiyanın Ukrayna ərazisində məğlub edilməli olduğunu düşünürlər.

V.Orban əlavə edib ki, ABŞ ilə Avropa arasında əməkdaşlıq getdikcə çətinləşir.

O, həmçinin D.Tramp ilə görüşləri zamanı ABŞ liderini Ukrayna münaqişəsinin həlli istiqamətində səyləri davam etdirməyə çağırdığını bildirib: “Amerikalılar olmadan bu müharibənin necə dayandırıla biləcəyini bilmirəm”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş