İranın Fars xəbər agentliyinin 9 iyulda verdiyi məlumata görə, ABŞ-ın İranın Əhvaz şəhəri yaxınlığında endirdiyi zərbələr nəticəsində üç nəfər ölüb.
Telegram kanalında yerləşdirilən mesajda deyilir: “İndiyə qədər ABŞ-ın Əhvaz ətrafındakı ərazilərə hücumu nəticəsində üç nəfər həlak olub”.
Hadisə ilə bağlı başqa təfərrüatlar hələlik açıqlanmayıb.
İranın dövlət televiziyası IRIB yerli mənbələrə istinadən həmin gün İranşəhr şəhərinin cənub-şərqindəki hava limanı binasında və uçuş-enmə zolağında partlayış baş verdiyini bildirib. Bir nəfərin öldüyü qeyd edilib.
İzmedia.az
![]()

