Vladimir Putin artıq Üçüncü Dünya Müharibəsinə başlayıb və əsas vəzifə bunun tammiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaqdır.
İzmedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində bildirib.
Müsahibə zamanı aparıcı qeyd edib ki, ABŞ-ın keçmiş prezidenti Joe Biden Putinin nüvə təhdidləri və III Dünya Müharibəsi ehtimalından narahat olub. Hazırkı prezident Donald Trump-ın bu mövqeni bölüşüb-bölüşmədiyi soruşulduqda, Zelenski fərqli baxışların olduğunu deyib.
Zelenskinin sözlərinə görə, əsas məsələ Putinin nə qədər ərazi ələ keçirə biləcəyi və onun necə dayandırılacağıdır. O vurğulayıb ki, problem təkcə Rusiyanın qalib gəlməməsi deyil, həm də Rusiyanın dünyaya fərqli həyat tərzi sırımaq cəhdidir.
Prezident əlavə edib ki, məqsəd bu müharibənin tammiqyaslı III Dünya Müharibəsinə çevrilməsinin qarşısını almaqdır.
İzmedia.az
![]()

