ABŞ vitse-prezidenti J.D. Vance bildirib ki, ABŞ Prezidenti Donald Trampın Çinə səfəri zamanı özünü “Evdə Tək” film seriyasının baş qəhrəmanı Kevin Makkallister kimi hiss edir.
![]()
“Prezidentlə birlikdə səfərə getmirəm. Bəzən belə günlərdə özümü ‘Evdə Tək’dəki Makoley Kalkinin canlandırdığı obraz kimi hiss edirəm. Ağ Evə girəndə orada heç kim olmur, hər yer sakitdir və nə baş verdiyini anlamaq üçün vaxta ehtiyacım olur”, – deyə o, jurnalistlərə bildirib.
Məlumata görə, Trampın komandasının böyük hissəsi hazırda onunla birlikdə Pekindədir. ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, maliyyə naziri Skott Bessent, eləcə də ölkənin aparıcı texnologiya şirkətlərinin rəhbərləri daxildir.
ABŞ liderinin 15 maya qədər Çin Xalq Respublikasında qalacağı bildirilir. Səfərin məqsədi ticarət və iqtisadi əməkdaşlıq üzrə mövcud fikir ayrılıqlarının azaldılması, ikitərəfli gündəliyin əsas məsələlərinin həlli və qlobal mövzularda, o cümlədən ABŞ–İran münasibətləri üzrə mövqelərin uzlaşdırılmasıdır.
İzmedia.az
![]()
Sign in to your account