ABŞ prezidenti Donald Tramp İranla mümkün müharibə barədə medianın xəbərləri qəsdən təhrif etdiyini bildirib və razılaşmaya üstünlük verəcəyini vurğulayıb.
İzmedia.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib.
Tramp “TruthSocial” sosial şəbəkəsində yazıb:
“İranla mümkün müharibə haqqında yazılan hər şey təhrif olunub və qəsdən belədir. Qərar yalnız mənimdir. Mən razılaşmaya üstünlük verərdim, amma razılaşma əldə etməsək, bu ölkə və təəssüf ki, onun xalqı üçün çox pis bir gün olacaq”.
İzmedia.az
![]()

