Nyu-Yorkda yeni ictimai tualetlərə 10 dəqiqəlik məhdudiyyət qoyulur

1 Min Read
Nyu-York meriyası şəhərdə sanitariya və təhlükəsizlik standartlarını yaxşılaşdırmaq məqsədilə yeni modul tipli ictimai tualetlərin istifadəsinə dair qaydaları açıqlayıb. Şəhər meri Zöhran Mamdani bildirib ki, yeni tualetlərdən istifadə müddəti 10 dəqiqə ilə məhdudlaşdırılacaq və taymer başa çatdıqdan sonra qapılar avtomatik açılacaq.
Pilot layihə çərçivəsində şəhər ərazisində səhər saat 07:00-dan axşam 22:00-dək fəaliyyət göstərəcək 17 modul tipli tualet quraşdırılacaq. Tualetlərdən istifadə etmək üçün xüsusi mobil tətbiq və ya müvafiq kart tələb olunacaq.
Mərdən bu məkanlarda narkomaniya, fahişəlik və qanunsuz məskunlaşma kimi halların qarşısının necə alınacağı barədə soruşulduqda, o, xəbərdarlıq sisteminin effektiv olacağını qeyd edib. Mamdaninin sözlərinə görə, vaxtın bitməsinə az qalmış kabinədə xüsusi yanıb-sönən işıqlar yanaraq istifadəçiyə çölə çıxmaq vaxtının çatdığını bildirəcək.
Podratçı şirkətin nümayəndəsi Cessika Heinselman (Jessica Heinselmann) əlavə edib ki, istifadəçi vaxtın bitməsi ilə bağlı bir neçə dəfə əvvəlcədən xəbərdar olunacaq, çoxsaylı səs və işıq siqnallarından sonra isə qapılar avtomatik şəkildə taymerlə açılacaq.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş