Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevin Bankovaya küçəsindəki bunkerini göstərən videomüraciət yayımlayıb.
Videoda bunkerin içərisində “Ukrayna Prezidentinin Ofisi” və “Nazirlər Kabinetinin Rəhbərliyi” yazılan lövhələr də görünür.
“Burada çox şey edildi. Biz bu obyekti əvvəllər heç vaxt göstərməmişik”, – deyə Zelenski 2022-ci ilin fevral ayında başlayan hərbi əməliyyatlara toxunaraq bildirib.
Videoda həmçinin Zelenskinin münaqişənin ilkin mərhələlərində digər ölkələrin liderləri ilə telefon danışıqları apardığı ofis də görünür.
Ukrayna prezidenti əlavə edib ki, hərbi əməliyyatların əvvəlində “bu bunkerdə yüzlərlə insan var idi”.
Dünən Vladimir Zelenski prezident administrasiyasında işləyərkən iki il bunkerdə yaşadığını bildirib. İndi isə o, sığınacağa yalnız gecə hava hücumları zamanı endiyini deyib.
İzmedia.az
![]()

