ABŞ-dən Ukraynaya Novorossiysk hücumları ilə bağlı xəbərlıq!

1 Min Read

ABŞ Dövlət Departamenti Ukraynaya xəbərdarlıq edib.

İzmedia.az xəbər verir ki, Kiyevin Rusiyanın Qara dənizdəki Novorossiysk limanında yerləşən neft obyektlərinə hücumları ABŞ-nn Qazaxıstandakı investisiyalarına təsir göstərib.

Bu barədə Ukraynanın ABŞ-dəkı səfiri Olha Stefanishyna açıqlama verib.

CNN-in məlumatına görə, diplomat brifinq zamanı qeyd edib ki, Dövlət Departamenti Ukraynanın Novorossiyskə zərbələrinin Qazaxıstan vasitəsilə həyata keçirilən bəzi Amerika investisiyalarına mənfi təsir etdiyini bildirib və Kiyevi Amerika maraqlarına zərər vura biləcək addımlardan çəkinməyə çağırıb. Onun sözlərinə görə, bu məsələ ilə bağlı rəsmi diplomatik bildiriş – demarş da təqdim olunub.

Stefanişina əlavə edib ki, ABŞ-nin Ukraynada Qazaxıstandakı kimi geniş iqtisadi maraqları yoxdur və Kiyev 35 illik müstəqilliyi dövründə Astana səviyyəsində iqtisadi imkanlar yarada bilməyib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş