Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a açıqlamasında bildirib ki, ABŞ-da qeydiyyatdan keçmiş sürət qayığının Kubanın ərazi sularına daxil olması gərginliyi artırmaq məqsədilə qəsdən atılmış addımdır.
O qeyd edib:
“Bu, vəziyyəti gərginləşdirməyə və münaqişəni alovlandırmağa yönəlmiş ABŞ-ın aqressiv təxribatıdır.”
Kuba Daxili İşlər Nazirliyinin məlumatına görə, Florida ştatında qeydiyyatdan keçmiş sürət qayığı adanın ərazi sularına daxil olub. Gəmidəki şəxslər Kuba patrul qayığına atəş açıb, patrul qayıq isə cavab atəşi ilə reaksiya verib. Hadisə nəticəsində ABŞ gəmisində dörd nəfər ölüb, altı nəfər yaralanıb, Kuba sərhəd patrulunun komandiri də xəsarət alıb.
İzmedia.az
![]()

