Nepal 20 min evi bərpa edəcək — 1200-dən çox ölü var

1 Min Read
Nepal avqustun 26-da Çin ilə sərhəd bölgədə baş verən dağıdıcı qar və buzlaq uçqunundan sonra təxminən 20,000 evi yenidən tikməyi və sakinləri daha təhlükəsiz ərazilərə köçürməyi planlaşdırır. “Reuters” agentliyinin məlumatına görə, fəlakət nəticəsində ən azı 1204 nəfər həlak olub, 4200-dən çox şəxs isə itkin düşüb.
Milli Fəlakət Risklərinin Azaldılması və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin rəhbəri Dharma Rac Upreti bildirib ki, fəlakət zonasında 7500 ev tamamilə dağılıb və ya palçıq altında qalıb. Bərpa olunacaq 20 min evin təhlükəsizlik səbəbindən əvvəlki yerlərində deyil, yeni müəyyən ediləcək ərazilərdə tikilməsi nəzərdə tutulur.
Nepalın Baş naziri Balendra Şah hökumətin əsas diqqətini zərərçəkənlərin reabilitasiyasına yönəltdiyini və xilasedicilərin xüsusilə su elektrik stansiyalarının tunellərində axtarış-xilasetmə işlərini aramsız davam etdirdiyini diqqətə çatdırıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş