ABŞ prezidenti Donald Tramp aktyor Robert De Nironun noyabr seçkiləri öncəsi keçirilən etiraz çıxışına kəskin reaksiya veribş
İzmedia.az xəbər verir ki, Tramp onu “cinayətkar” adlandıraraq ölkəni tərk etməsini istəyib.
De Niro Vaşinqtondakı Milli Mətbuat Klubunda çıxış edərək vətəndaşları prezidentə etiraz etmək və Konstitusiyaya sadiq qalmaq üçün küçələrə çıxmağa çağırıb. Aktyor çıxışında, həmçinin Demokratlar və digər ictimai fiqurların dəstəyini alıb.
Tramp isə Truth Social-da paylaşdığı mesajında De Nironun çıxışını emosional və gülünc adlandırıb, onun zəkasını və hərəkətlərinin qanuniliyini şübhə altına alıb. Prezident aktyoru Rozi O’Donnel ilə müqayisə edərək De Nironun ABŞ-də ikinci prezidentliyi dövründə geridə qaldığını bildirib.
De Niro çıxışdan sonra ölkəni tərk etməyəcəyini və ABŞ-ın onun vətəni olduğunu açıqlayıb. Tramp və De Niro arasındakı münaqişə 2016-cı ildən bəri davam edir və ictimai təhqirlər hər iki tərəfdən güclənərək davam edib.
İzmedia.az
![]()

