Vatikan ukraynalıları dəstəkləmək üçün qeyri-adi bir marka buraxdı

1 Min Read

Reuters agentliyinin məlumatına görə, Vatikan Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalının dördüncü ildönümü münasibətilə Ukrayna katoliklərinə həsr olunmuş yeni poçt markası buraxıb.

İzmedia.az bildiri ki, markada Kiyevdə yerləşən Məsihin Dirilməsi Patriarxal Katedrali elektrik kəsilməsi zamanı təsvir edilib.

Bildirilir ki, markanın dizaynı Vatikan filateliyası üçün xarakterik deyil. Müqəddəs Taxtın poçt xidməti adətən siyasi çalarlardan uzaq durur və əsasən katolik bayramlarına, eləcə də yerli müqəddəslərə və din xadimlərinə həsr olunan markalar buraxır.

Yeni markada elektrik kəsilməsi nəticəsində qaranlığa qərq olmuş kafedralın silueti əks olunub. Eyni zamanda, tikilinin konturu axşam səmasının narıncı işığı ilə işıqlandırılıb.

Markanın buraxılışı həm də SSRİ-nin dağılmasından sonra Kiyev Katolik Yeparxiyasının bərpasının 30 illiyi və kafedralın inşasının 12 illiyi ilə eyni vaxta təsadüf edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş