Rusiya hökuməti biotexnologiyanın inkişafı üçün tənzimləyici çərçivənin hazırlanmasına başlayıb

1 Min Read

Rusiya hökuməti ölkədə biotexnologiyanın inkişafı məqsədilə tənzimləyici çərçivənin formalaşdırılmasına başlayıb.

Bu barədə Baş nazir Mixail Mişustin müavinləri ilə keçirilən operativ müşavirədə məlumat verib. Onun sözlərinə görə, hökumət müvafiq göstərişi Prezident Vladimir Putindən Gələcək Texnologiyalar Forumunda alıb.

Mişustin bildirib ki, prezidentin tapşırığına uyğun olaraq təbiətə bənzər texnologiyalar üzrə tədqiqatlar üçün zəruri çərçivənin hazırlanmasına başlanılıb, bu sahənin təsnifatının əsas prinsipləri və meyarları müəyyən edilib, həmçinin Rusiyada inkişaf prioritetləri və perspektivləri dəqiqləşdirilib.

Baş nazir qeyd edib ki, qarşıya qoyulan vəzifə mürəkkəb və genişmiqyaslıdır. Onun sözlərinə görə, bu istiqamətdə elmi əsasın formalaşdırılması və müvafiq səriştələrin mövcudluğu xüsusi əhəmiyyət daşıyır.

Mişustin vurğulayıb ki, texnoloji inkişaf və rəqəmsallaşma iqtisadiyyatın demək olar bütün sahələrində və sosial sferada əlavə imkanlar yaradır. Bununla yanaşı, bu proseslər ətraf mühitə ciddi yük salır və təbii resursların daha intensiv istifadəsinə səbəb olur.

“Buna görə də biosfer və texnosfer arasında tarazlığın bərpasına, eləcə də əhalinin sağlamlığının möhkəmləndirilməsinə yönəlmiş inqilabi həllərə ehtiyac var. Biotexnologiya məhz belə bir sahədir”, – deyə baş nazir bildirib.

Müşavirədə Baş nazirin müavini Dmitri Çernışenkoya Rusiyada biotexnologiyaların inkişafı məsələsini şəxsi nəzarətdə saxlamaq tapşırılıb. Mişustin əlavə edib ki, əsas məsələ plana daxil edilən tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsidir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş