“Newsmaker”in məlumatına görə, Moldova Parlamenti sentyabrın 26-dan etibarən ölkənin enerji və hidrologiya sektorlarında 60 gün müddətinə fövqəladə vəziyyətin tətbiq olunması barədə qərarı təsdiqləyib. Qərarın lehinə hakim PAS partiyasından 54 deputat səs verib.
Moldova Baş naziri Vasile Tofan hökumətin bu addımını yanacaq bazarı, qaz təchizatı və su ehtiyatlarında yarana biləcək kəsişən risklərin qarşısını almaq üçün profilaktik tədbir kimi qiymətləndirib. Baş nazir xüsusilə Ukraynadakı müharibə fonunda regional enerji böhranının, dizel yanacağı tədarükündəki fasilələrin və gözlənilən qış mövsümündə elektrik enerjisi idxalından asılılığın bu addımı zəruri etdiyini bildirib.
Hökumət rəsmiləri hazırda ölkədə resurs çatışmazlığının olmadığını, fövqəladə vəziyyət rejiminin yalnız böhran anında dövlət strukturlarına dərhal reaksiya vermək, lazımi avadanlıq və generatorları sürətli qaydada almaq imkanı yaratdığını vurğulayıblar.
İzmedia.az
![]()

