Dmitriyev: Qərbin Rusiyaya enerji təzyiqi əks nəticə verib

1 Min Read

ABŞ-nin Rusiyaya enerji sahəsində göstərdiyi təzyiq gözlənilən nəticəni verməyib və əks effektə gətirib çıxarıb.

İzmedia.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev bildirib.

O, X sosial şəbəkəsində paylaşım edərək yazıb: “Qərbin Rusiyaya enerji təzyiqi uğursuz oldu və əks-təsir göstərir”.

Dmitriyevin sözlərinə görə, Rusiyanın enerji tərəfdaşları strateji baxımdan düzgün seçim ediblər. O qeyd edib ki, bu ölkələr enerji şokunun öhdəsindən daha yaxşı gələcək və gələcək üçün daha əlverişli mövqedə olacaqlar.

Paylaşım “The Wall Street Journal” qəzetində dərc olunan məqaləyə cavab olaraq edilib. Məqalədə bildirilir ki, ABŞ Maliyyə Naziri Skott Bessentin Çin Xalq Respublikasının Baş nazirinin müavini He Lifenq ilə qarşıdakı danışıqları zamanı Çinin Rusiyadan neft alışını azaltması məsələsi gündəmə gətiriləcək.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş