Türkiyə Şimali Kiprə F-16 və hava hücumundan müdafiə sistemi yerləşdirib

1 Min Read

Türkiyənin Müdafiə Nazirliyi bazar ertəsi günü Şimali Kiprdə altı F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemlərinin yerləşdirildiyini açıqlayıb.

Nazirlik bildirib ki, “Şimali Kipr Türk Respublikasının təhlükəsizliyinin gücləndirilməsinə mərhələli yanaşmanın bir hissəsi olaraq, bölgəmizdəki son hadisələr nəzərə alınmaqla, bu gündən etibarən Şimali Kipr Türk Respublikasına altı F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemi yerləşdirilib. Zəruri hesab edildiyi təqdirdə, gələcək inkişaflara əsasən əlavə tədbirlər görülməyə davam edəcək.”

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş