Rodion Miroshnik bildirib ki, Avropa İttifaqı rəsmiləri danışıqlar prosesinə təsir göstərməyə çalışdıqları üçün Avropa ölkələrində Ukrayna münaqişəsinin həlli ilə bağlı görüşlərin keçirilməsi çətinləşir. Rusiyalı diplomat bu barədə TASS agentliyinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Avropa tərəfi danışıqlara ev sahibliyi etməkdə problemlə üzləşir və bəzən prosesə birbaşa təsir göstərməyə çalışır.
“Cenevrədə keçirilən son görüşlərin şahidi olduq. Avropa sadəcə öz impulslarını idarə edə bilmədi və danışıqlara müdaxilə etdi, hətta yüksək vəzifəli rəsmilərini danışıqlar otağının qapıları önünə qoyaraq prosesə təsir göstərdi”, – deyə diplomat bildirib.
Miroşnik qeyd edib ki, belə addımlar danışıqlar üçün vacib olan şərtlərin – təhlükəsizlik, logistika və tərəflərə təzyiq göstərilməməsi kimi məsələlərin – təmin olunmasına mane olur.
O əlavə edib ki, danışıqlar aparan tərəfləri xarici təsirlərdən qorumaq üçün görüşlərin əsasən qapalı qapılar arxasında keçirilməsi daha məqsədəuyğundur.
“Danışıqlara təsir etmək istəyən çox insan var və bu vəziyyətdə prosesi davam etdirmək çətinləşir”, – deyə o vurğulayıb.
İzmedia.az
![]()

