İraq sərhədində “Əl-Həşd əş-Şabi” mövqelərinə hava zərbəsi: 10 ölü

0 Min Read

İraq şiə qruplaşması olan “Əl-Həşd əş-Şabi”nin Suriya ilə sərhəddəki mövqelərinə endirilən hava zərbəsi nəticəsində ölənlərin sayı on nəfərə çatıb.

İzmedia.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Daha əvvəl qruplaşmanın üç milis əsgərinin öldüyü bildirilib.

İraq təhlükəsizlik mənbələri hava hücumunun sərhəd şəhəri Əl-Qaim yaxınlığındakı Haşd əl-Şabi milisinin qərargahına endirildiyini, bir neçə milis üzvünün isə müxtəlif dərəcələrdə yaralandığını açıqlayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş