Rusiya Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə, oktyabrın 13-ü saat 20:00-dan oktyabrın 14-ü saat 08:00-dək ölkə ərazisinə kütləvi dron hücumu həyata keçirilib. Bildirilib ki, növbətçi hava hücumundan müdafiə (HHM) vasitələri tərəfindən Ukraynaya məxsus ümumilikdə 902 pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.
Məlumata əsasən, hücumlar Rusiyanın 20-yə yaxın regionunu, o cümlədən Moskva, Belqorod, Bryansk, Voronej, Kursk, Rostov, Smolensk, Krasnodar və Stavropol diyarını, həmçinin işğal altındakı Krım yarımadası və Azov dənizi akvatoriyasını hədəf alıb. Bu, münaqişə başlandığı gündən bəri bir gecədə qeydə alınan en genişmiqyaslı dron hücumlarından biridir.
İzmedia.az
![]()

