Serbiya NATO ilə əlaqələri saxlayır, amma neytral qalacaq

1 Min Read

Serbiya prezidenti Aleksandr Vuçiç ölkənin ictimai yayımçısı olan Serbiya Radio Televiziyası ilə efirə çıxaraq bildirib ki, Belqrad NATO ilə əməkdaşlıq edir, lakin alyansa qoşulmayacaq və neytral statusunu qoruyacaq.

Vuçiçin sözlərinə görə:

“NATO-ya gəldikdə, biz ardıcıl münasibətlər saxlayırıq, lakin NATO-ya qoşulmayacağıq və neytral statusumuzu qoruyub saxlayacağıq.”

O, may ayında NATO ölkələri ilə birgə təlimlərin keçirilməsi planını təsdiqləsə də, Belqradın 1999-cu ildə alyansın Yuqoslaviyaya qarşı həyata keçirdiyi təcavüzü unutmayacağını qeyd edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş