Cəlilabadda yol qəzasında 1 nəfər ölüb, 2 nəfər yaralanıb

1 Min Read

Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Izmedia.az-ın məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Səbran Əliyevin idarə etdiyi “Kia Rio” markalı avtomobillə digər rayon sakini Kamran Quliyevin idarə etdiyi “Changan” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb, “Changan” markalı avtomobildə olan sərnişin, 1991-ci il təvəllüdlü Xəyal Bəşirov isə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş