Sveriges Radio-nun məlumatına görə, Skandinaviya aviaşirkəti Scandinavian Airlines (SAS) bu həftə Norveç ərazisində 110 reysi ləğv edəcək.
Şirkət qərarını Yaxın Şərq regionunda davam edən münaqişə və yüksək yanacaq qiymətləri ilə əsaslandırıb. SAS-ın sözçüsü Oystein Schmidt radiostansiyaya açıqlamasında bildirib ki, mövcud vəziyyət, xüsusilə qlobal yanacaq qiymətlərinin kəskin artımı fonunda şirkət dayanıqlığını artırmaq üçün tədbirlər görür.
Bununla yanaşı, pilotların həmkarlar ittifaqı uçuşların ləğv edilməsinin əmək haqqı ilə bağlı danışıqların dayandırılması ilə əlaqədar olduğunu iddia edir.
Məlumata görə, Bergen, Oslo, Trondheim və Stavanger şəhərlərindən ümumilikdə 110 uçuş ləğv olunub.
İzmedia.az
![]()

