Perunun yeni prezidenti Xose Balkasar olacaq

1 Min Read

Peru Parlamenti 17 fevralda səsvermə yolu ilə vəzifəsindən kənarlaşdırılan Xose Gerini əvəz edən konqresmen Xose Maria Balkazarı yeni müvəqqəti prezident seçib.

İzmedia.az xəbər verir ki, bu barədə ölkə parlamenti məlumat yayıb.

Balkazar 10 il ərzində Perunun doqquzuncu dövlət başçısı olacaq. O, solçu Azad Peru partiyası tərəfindən Konqres prezidenti vəzifəsinə namizəd göstərilib.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Konqresi dağıtmağa cəhd etdikdən sonra üsyan təşkil etmək ittihamı ilə həbsdə olan keçmiş prezident Pedro Kastilyo da bu partiyanın üzvüdür.

İzmedia.az

 

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş