Kuba milli elektrik şəbəkəsindəki qəzadan sonra ikinci gündür ki, elektriksiz qalıb

2 Min Read

Kubanın bir çox bölgəsi 21 martda milli elektrik şəbəkəsində baş verən növbəti nasazlıq səbəbindən ikinci gündür ki, elektrik enerjisindən məhrumdur.

İzmedia.az xəbər verir ki, bunu Kuba dövlət elektrik enerjisi şirkətinin Havana filialı bazar günü axşam paytaxtda elektrik təchizatının 66%-ə qədər bərpa olunduğunu bildirib.

Şirkət həmçinin ölkənin müxtəlif bölgələrində elektrik enerjisinin bərpası işlərinin gedişi barədə məlumat verib. Daha sonra Telegram kanalında açıqlama verilib ki, “paytaxtda milli elektrik şəbəkəsinin fəaliyyəti və vacib ictimai xidmətlərin göstərilməsi qismən bərpa olunub”. Eyni zamanda, bəyanatda qeyd olunub ki, elektrik çatışmazlığı səbəbindən kəsintilər davam edir və təsirlənmiş ərazilərdə təchizatın bərpası üçün işlər davam etdirilir.

Sonrakı məlumatlarda Havananın müxtəlif bölgələrində enerji infrastrukturu obyektlərində baş verən qəzalar barədə də xəbər verilib. Bazar günü ölkənin əsas istilik elektrik stansiyası olan Antonio Guiteras stansiyasının fasiləsiz işlədiyi bildirilib. TASS müxbirinin verdiyi məlumata görə, binalarda işıqlandırma üçün işləyən dizel generatorlarının səsi eşidilirdi.

Martın 21-də Kubanın milli elektrik enerjisi sistemi bir ay ərzində üçüncü dəfə tamamilə çökmüş və bütün ölkə elektrik enerjisi təchizatından məhrum olmuşdur. Ölkədə əvvəlki elektrik kəsintiləri martın 16-da, ondan əvvəl isə martın 4-də baş vermişdi.

Ekspertlər bildirirlər ki, son iki ildə Kubada elektrik enerjisi təchizatı ABŞ-ın 60 ildən çox davam edən ticarət-iqtisadi embarqosu səbəbindən pisləşib. Yanacaq tədarükündəki məhdudiyyətlər və stansiyaların sıradan çıxması nəticəsində gündəlik elektrik kəsintiləri hazırda 10 saatdan çox davam edir. Bu vəziyyət xüsusilə ABŞ administrasiyasının yanvar ayında tətbiq etdiyi Karib respublikasına yanacaq tədarükünün tam blokadasından sonra daha da ağırlaşıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş