Hindistanın “IndiGo” aviaşirkətinə məxsus və Dehlidən Çennaya daxili reys həyata keçirən sərnişin təyyarəsi uçuş zamanı salonda yaranan yanğın səbəbindən Haydarabad şəhərindəki Raciv Qandi Beynəlxalq Hava Limanına təcili eniş edib. Hadisəyə sərnişinlərdən birinə məxsus xarici batareyanın (“powerbank”) qəfildən alovlanması səbəb olub.
Təyyarə heyətinin və stüardessaların çevik və peşəkar müdaxiləsi sayəsində salondakı alov qısa müddətdə söndürülüb və təhlükə aradan qaldırılıb. Təyyarə Haydarabad hava limanına təhlükəsiz şəkildə enib, sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan olmayıb. Mülki aviasiya qurumları və aviaşirkət rəsmiləri tərəfindən insidentlə bağlı müvafiq araşdırmalara başlanılıb.
İzmedia.az
![]()

