ABŞ İordaniyaya təxliyə avtobus reysləri təşkil edir

1 Min Read

ABŞ Dövlət Departamenti İranın Ben Qurion hava limanına endirdiyi zərbələrdən sonra amerikalılar üçün İsraildən İordaniyaya təxliyə avtobus reysləri təşkil edib.

İzmedia.az xəbər verir ki, bu barədə məlumat ABŞ səfirliyinin veb saytında dərc olunub.

Diplomatik nümayəndəlik bildirib ki, “ABŞ Dövlət Departamenti 23 mart tarixindən etibarən İordaniyanın Amman Beynəlxalq Hava Limanına avtobus reysləri təşkil edir”.

Xatırladaq ki, daha əvvəl İran hərbi sözçüsü İsrailin Ben Qurion beynəlxalq hava limanına uğurlu zərbə endirildiyini açıqlamışdı. Bunun ardınca İsrailin nəqliyyat naziri Miri Regev hava limanında uçuşlara sərt məhdudiyyətlər tətbiq edərək sərnişin sayını 120-dən 50-yə endirmişdi.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş