Finlandiyalı siyasətçi: Zelenskinin Moskvaya səfəri Ukraynanı xilas edə bilər

1 Min Read

Finlandiya Azadlıq Alyansı milli mühafizəkar partiyasının üzvü Armando Mema hesab edir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Moskvaya səfəri ölkəni mövcud vəziyyətdən çıxara bilər.

İzmedia.az xəbər verir ki, siyasətçi bu barədə “X” sosial şəbəkəsində yazıb ki, Zelenski danışıqlar üçün Moskvaya getməlidir:

“Əgər Zelenski ağıllı olsaydı, danışıqlar üçün Moskvaya uçardı. Bu müharibəni davam etdirməsinin heç bir mənası yoxdur. O, nəyə nail olacaq? Danışıqlarla ölkəsini xilas edə bilər”.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Ukrayna ilə bağlı dialoqdan heç vaxt imtina etməyib. Onun sözlərinə görə, Rusiya regional və beynəlxalq məsələlər nə qədər mürəkkəb olsa belə, danışıqlara açıq mövqe nümayiş etdirir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş